Keçmiş prezident Sarkisian-ın kürəkəni səfir postundan geri çağırıldı

Ermənsitanın Vatikandakı keçmiş səfiri Mikayel Minasian Roma papasının qəbulunda (Foto arxivdəndir)

Yerevan keçmiş prezidenti Serzh Sarkisian-ın kürəkəni Mikayel Minasian-ı Ermənistanın Vatikan və Portuqaliyadakı səfiri postundan geri çağırırb.

Noyabrın 1-də bu barədə imzalanmış fərmanda deyilir ki, bu addım “baş nazirin tövsiyəsi ilə atılıb”.

Pashinian hakimiyyətə geniş xalq etirazları nəticəsində Serzh Sarkisian vəzifəsini tərk etdikdən sonra gəlib.

Minasian Ermənistanın Vatikandakı səfiri postuna 2013-cü ildə təyin edilmişdi. Bundan əvvəl o, 2008-2011-ci illərdə prezident administrasiyası başçısının müavini olmuşdu.

Bir çox siyasi şərhçilər Miniasian-ın həmin dövrdə Sarkisian-ın əsas siyasət və ictimaiyyətlə əlaqələr strateqi olduğunu bildirirdilər.

Bu da qeyd olunur ki, 41 yaşlı Minasian kifayət qədər yüksək siyasi postunda gözə çox da görünməməyə çalışırdı.

Bununla belə onun Ermənistanda bir neçə telekanala və internet saytlarına nəzarət etdiyi bildirilir.

Pashinian-ın yeni administrasiyası keçmiş hökumətin bir çox rəsmilərinə qarşı cinayət işləri qaldırıb. Lakin Sarkisian-ın kürəkəninin işdən çıxarılmasının səbəbləri göstərilmir və ona qarşı hər hansı ittiham irəli sürülməyib.

Pashinian hökumətinin səhiyyə naziri ötən iyulda Minasian-ın atası Ara Minasian-ı Yerevanın əsas xəstəxanasının icraçı direktoru vəzifəsindən kənarlaşdırmışdı.

Bundan başqa noyabrın 2-də müstəntiqlər bildiriblər ki, Ara Minasian-a qarşı cinayət işi qaldırılıb, lakin onun harada olması məlum deyil.

Təhqiqat Komitəsi onu Səhiyyə Nazirliyinin vəsaitlərinin mənimsənilməsində şübhəli bilir.