Rusiya səfirliyi Ermənistandakı hadisələrlə bağlı bəyanat verib

Sizin brauzer HTML5-i dəstəkləmir

Parlamentdəki fraksiyalar Paşinyanın baş nazirliyə namizədliyini dəstəkləyib

Rusiyanın Ermənistandakı səfirliyi mayın 5-də bəyanatla çıxış edib. 

Səfirlik "ayrı-ayrı Rusiya vətəndaşlarının Ermənistandakı vəziyyətlə bağlı fikirlərinə" münasibət bildirib: 

"Bir daha xatırladırıq ki, son həftələrdə Ermənistanda baş verənlər Ermənistanın və onun vətəndaşlarının daxili işidir.

Rusiya və Ermənistan arasında müttəfiqlik münasibətlərinin qorunmasındakı fəaliyyəti zamanı Yerevandakı səfirlik ayrı-ayrı insanların şəxsi fikirlərinə əsaslanmır. Səfirlik Rusiya prezidentinin sözçüsü D.Peskov və Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi M.Zaxarovanın fikirlərini dəstəkləyir".