Ermənistan 'sahibsiz qalacaq'? – Putin 'sabah belə gedərik' dedi

Sizin brauzer HTML5-i dəstəkləmir

Sentyabrın əvvəlində Bişkekdə Nikol Paşinyanla görüşən Vladimir Putin Rusiya hərbi bazasının Ermənistandan çıxarılmasının "hətta sabah belə" mümkün olduğunu bildirib. AzadlıqRadiosuna danışan politoloq Ruben Mehrabyan isə bu bəyanatı "blef" adlandırıb. Ekspertin fikrincə, Moskva hərbi baza mövzusunu qabartmaqla diqqəti "Rusiya Dəmir Yolları" ilə bağlı məsələlərdən yayındırmağa çalışır.