Ermənistan Azərbaycanı qəsdən yanğın törətməkdə suçlayır

Ermənistanın ombudsmanının yaydığı fotolar

Ermənistanın ombudsmanı Arman Tatoyan yanğınlar haqda Facebook səhifəsində məlumat yayaraq fotolar və video da yerləşdirib

Ermənistan Azərbaycan hərbçilərinin Geğarkunik vilayətindəki Sotk və Kut kəndləri ərazilərində yanğın törətdiyi iddia edir, Azərbaycan isə bunu “yalan” adlandırır.

Ermənistanın ombudsmanı Arman Tatoyan yanğınlar haqda Facebook səhifəsində məlumat yayaraq fotolar və video da yerləşdirib.

Buna da bax: Prezident Şuşada bəzi açlışlar edib

Tatoyan deyib ki, Sotk kəndi istiqamətində yanğınlar söndürülüb, Kutda isə hava şəraitinə görə yayılmaqdadır.

“Bu ərazilərdəki otlaq və çəmənlikləri yanğın məhv edib”, – yazan Tatoyan yanğınların “dinc əhali üçün də real təhdid yaratdığını” vurğulayıb.

Buna da bax: Daşkəsən sakini minaya düşüb

“Ermənistan Ombudsmanının Azərbaycan əsgərləri tərəfindən sərhədyanı ərazilərdəki otlaq sahələrinin qəsdən yandırılması xəbəri yalan və böhtandır”, – Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumatda isə belə deyilir. “Bu, Ermənistan tərəfinin növbəti informasiya təxribatıdır”, - nazirlikdən bildirilib.

Azərbaycan ötən il 44 günlük müharibə nəticəsində Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Qoşunların təmas xəttinə Rusiya hərbçiləri yerləşdirilib. Sərhədlərin demarkasiyası isə həll olunmamış qalır.