Ermənistan mərhələli həllin əleyhinə deyil

Shavarsh Kocharian

-

«Ermənistan mərhələli həllin əleyhinə deyil. Bunun üçün ilk növbədə Azərbaycan Dağlıq Qarabağ Respublikasının müstəqilliyini tanımalıdır. Bundan sonra DQR-in sərhədlərinin dəqiqləşdirilməsi ilə bağlı danışıqlar başlaya bilər».

Bunu Ermənistanın xarici işlər nazirinin müavini Shavarsh Kocharian deyib.

Aprelin 29-da Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bildirib ki, Rusiya Bakıya Dağlıq Qarabağ probleminin mərhələli həllini təklif edib.