Ermənistan hərbçiləri arasında atışma olub, ən azı bir əsgərin öldüyü bildirilir

Ermənistan Müdafiə nazirliyinin binası

Ermənistan hərbçiləri arasında atışmada bir əsgərin öldüyü, digərininsə yaralandığı bildirilir.

Bu barədə "Azatutyun" Ermənistanın Müdafiə Nazirliyinin aprelin 1-də yaydığı məlumata istinad edib.

Nazirliyin açıqlamada bildirilir: "Martın 31-də saat 22:50 radələrində Ermənistanın cənub-şərq sərhəd zolağında, görmə qabiliyyətinin olduqca zəif olduğu bir şəraitdə Ermənistan silahlı qüvvələrinin hərbçiləri arasında səhvən atışma olub."

Buna da bax: Azərbaycan bəzi hakim yüksəklikləri nəzarətə götürdüyünü deyir

Rəsmi qurumun məlumatında iddia olunur ki, bu hadisə ilə paralel olaraq Azərbaycan tərəfdən də atəş açılıb.

Hələki Azərbaycan Müdafiə Nazirliyinin bu məsələyə hər hans mövqeyi bəlli deyil.

Xəbərdə o da vurğulanır ki, Ermənistan Müdafiə Nazirliyi hadisənin digər təfərrüatları, xüsusən də əsgərin hansı tərəfdən vurulduğu barədə məlumatları açıqlamır.