Ermənistan hakimiyyəti ağır təhqirə görə cinayət məsuliyyətini ləğv edir. Bu haqda Ədliyyə naziri Karen Andreasyan ötən cümə günü Facebook səhifəsində məlumat yayıb.
İyulun 1-dən qüvvəyə minəcək yeni cinayət məcəlləsində ağır təhqirə görə məsuliyyət nəzərdə tutulmayacaq.
Andreasyanın sözlərinə görə, Baş nazir Nikol Paşinyanın iştirakıyla qurumlararası müzakirələrin nəticəsi olaraq bu hüquq pozuntusuna görə yalnız inzibati məsuliyyəti saxlamaq qərara alınıb. Kompensasiya olaraq cərimənin məbləği isə 3 milyon dram təşkil edəcək.
Sizin brauzer HTML5-i dəstəkləmir
Azərbaycanla Ermənistan arasında sadələşdirilmiş rejim nəyi nəzərdə tutur?
Nazir deyib ki, vaxtilə ağır təhqirə görə məsuliyyəti sərtləşdirməkdə məqsəd cəmiyyətin dərin qütbləşməsi fonunda ayrı-ayrı fərd və qrupların qəbuledilməz davranışını önləmək olub.
2021-ci ildə parlamentin spikeri Alen Simonyanın təşəbbüsü ilə qəbul edilmiş qanunda böhtan və təhqirə görə məsuliyyət ağırlaşdırılıb. Konstitusiya Məhkəməsi bu maddənin Konstitusiyaya uyğun olması haqda qərar verib. Amma yerli və beynəlxalq ekspertlər ağır təhqirə görə məsuliyyətin sərtləşdirilməsini sərt tənqid edirdi.