Ermənistanda polisə silahlı basqın edənlər nə istəyir?- [fotolar]

Məşhur müxalifətçi deputat Nikol Pashinyan polis idarəsinə baş çəkərək oranı zəbt edənlərlə söhbət edə bilib.

Yenicə yaradılmış Vətəndaş Razılığı adlı partiyanın lideri olan Pashinyan hücum edənlərdən birinin başından ağır yaralı olduğunu, özünü pis hiss edən polisin buraxıldığını söyləyib.

Qrup Ermənistanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı güzəştli mövqe tutduğunu iddia edərək hakimiyyəti kəskin tənqid edir.