Prezidentin daha bir qızı nazir müavini oldu

Emomali Rahmon

Tacikistan prezidenti Emomali Rahmonun 3-cü qızı Rukhshona Rahmonova xarici işlər nazirinin müavini vəzifəsinə təyin edilib.

Bu barədə AzadlıqRadiosunun Tacikistan xidməti noyabrın 25-də xarici işlər nazirliyindəki mənbəə istinadla xəbər verir.

Məlumata görə, Rukhshona bu vəzifəyə 10 gün bundan əvvəl təyin edilsə də rəsmi şəkildə elan edilməyib.

Mənbə onu təcrübəli diplomat kimi təqdim edib.

Məlumata görə, Rukhshona Rahmonova bundan əvvəl Tacikistanın Londondakı səfirliyində çalışıb.

Rahmanov bu ilin yanvarında digər qızı Ozoda Rahmonu da Prezidentin icra aparatının rəhbəri vəzifəsinə təyin edib.

O da bundan əvvəl uzun müddət xarici işlər nazirliyində çalışıb, bu vəzifəyə təyin edilənədəksə xarici işlər nazirinin nazirin birinci müavini olub.

Emomali Rahmon ailə üzvləri ilə

Prezidentin böyük oğlu Rustam isə ötən il maliyyə nəzarəti vəkorrupsiya əleyhinə agentliyin rəhbəri vəzifəsinə təyin edilib.

Prezidentin kiçik qızı Farzona Rahmon 2010-cu ildə Rusiyanın Yekatrinburq şəhərində məktbəlilər arasında olimiyadanın qalibi olub.

Kiçik oğlu Samon Rahmon isə komüter proqramları üzrə Buxarestdə keçirilən beynəlxalq olimpiadada qızıl medal alıb.

Yeri gəlmişkən prezidentin qaynı Hasan Asadullozoda ölkədəki ən iri banklardan olan “Orienbonk” un rəhbəri, kürəkəni, Ozado Rahmonun əri Camoloddin Nuraliev isə Tacikistan Milli Bankının sədr müavinidir.

Həmçinin prezidentin bir sıra yaxın qohumları vacib dövlət vəzifələri və gəlirli biznes sahələrində çalışırlar.

Qeyd edək ki, prezidentin 9 uşağı var.

Emomali Rahmon ölkəni 1992-ci ildən idarə edir.