Elmar Hüseynovun qətlindən 12 il keçir

Sizin brauzer HTML5-i dəstəkləmir

Elmar Hüseynov yaddaşlarda. AzadlıqRadiosunun 2010-cu ildə hazırladığı videoreportaj.

Jurnalist, «Monitor» jurnalının baş redaktoru Elmar Hüseynovun qətlindən 12 il keçir.

2005-ci il martın 2-si yaşadığı mənzilin önündə jurnalistə 5 güllə vurulmuşdu, 6-cı patronu onun yanına qoyub getmişdilər.

Bu hadisədən sonra ölkənin rəsmi qurumları tezliklə qətlin üstünün açılacağını bəyan etdilər. Hətta dövlət başçısı İlham Əliyev bu məsələni şəxsən nəzarətə götürdüyünü bəyan etdi.

Ancaq 12 il üstündən keçməsinə baxmayaraq, hələ də bu cinayətin qatil və sifarişçisindən xəbər yoxdur.

Hər dəfə martın 2-də E.Hüseynovun anım mərasimindən sonra Baş Prokurorluq bu qətllə bağlı istintaqın davam etdiyini bildirir.

E.Hüseynovun xanımı və oğlu isə ölkəni çoxdan tərk ediblər.

Bu gün, martın 2-si E.Hüseynovun qətlinin növbəti ildönümüdür. Dostları, həmkarları onun qəbri üstünə toplaşacaqlar.