Elman Rüstəmov baş nazirin müşaviri oldu

E.Rüstəmov

Elman Rüstəmov aprelin 13-də Baş nazir Əli Əsədovun müşaviri təyin edilib.

Bu barədə "Turan"a Nazirlər Kabinetinin Mətbuat xidmətindən məlumat verilib.

Dünən, aprelin 12-də Milli Məclisin plenar iclasında E.Rüstəmovun "Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin üzvlüyündən azad edilməsi haqqında" qərar layihəsi müzakirəyə çıxarılıb. Layihə səsə qoyularaq bir oxunuşda qəbul edilib. Bununla da E.Rüstəmov Azərbaycan Mərkəzi Bankı İdarə Heyətinin üzvlüyündən azad edilib.

Onu, prezidentin təqdimatına əsasən, "PAŞA Bank" ASC-nin İdarə Heyətinin sədri, baş icraçı direktoru Taleh Kazımov əvəz edib.

E.Rüstəmov 1995-ci ildən Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri idi.