Azərbaycan prezidenti Qazaxıstana gedib

Ankarada Türk Dövlətləri Təşkilatının sammiti. Mart, 2023

Noyabrın 2-də Azərbaycan prezidenti İlham Əliyev Qazaxıstana gedib. O, Türk Dövlətləri Təşkilatının (TDT) "Türk Əsri" çağırışı altında keçiriləcək 10-cu yubiley zirvə görüşündə iştirak edəcək.

Noyabrın 3-də Astanada keçiriləcək toplantıda iqtisadiyyat, ticarət, nəqliyyat və gömrük kimi sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunmalıdır.

Zirvə toplantısının sonunda TDT-yə sədrlik Özbəkistandan Qazaxıstana keçəcək.

Bu qurumun əsası 2009-cu ildə qoyulub. Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistan onun üzvləridir.