Paşinyanla Əliyevin fərqi: biri şərhlərə açıq, o biri qapalı

Sizin brauzer HTML5-i dəstəkləmir

Ermənistanın baş naziri Nikol Paşinyanın sosial media platformalarındakı paylaşımları həm tərəfdarlarının, həm də tənqidçilərinin şərhlərinə açıqdır. Azərbaycan prezidenti İlham Əliyevin sosial media hesablarında isə "şərh" bölməsi məhdudlaşdırılıb. Keçmiş diplomat Nahid Cəfərov bu fərqi idarəetmə üsulları ilə əlaqələndirir: "Azərbaycanda seçki institutu olmadığı üçün İlham Əliyevin bunların heç birinə ehtiyacı yoxdur".