Fevralın 23-də Azərbaycan Prezidenti İlham Əliyevlə Türkiyə Prezidenti Recep Tayyip Erdoğan arasında telefon danışığı olub.
Azərbaycan prezidentinin mətbuat xidmətinin məlumatına görə, telefon söhbəti zamanı ikitərəfli gündəliyə və regional məsələlərə dair fikir mübadiləsi aparılıb:
“Azərbaycan ilə Türkiyə arasında qardaş və dost münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi bir daha qeyd olunub.”
Türkiyə Prezident Administrasiyasından yayılan məlumatda qeyd edilir ki, liderlər Rusiya-Ukrayna böhranı başda olmaqla regional məsələlərə dair də fikir mübadiləsi aparıblar.
İki gün öncə, fevralın 21-də Rusiya Ukrayna ərazisində separatçı "Donetsk Xalq Respublikası" və "Luqansk Xalq Respublikası"nın müstəqilliyini tanıyıb.
6 il əvvəl isə Rusiya Ukraynanın bir hissəsini ilhaq etmişdi.