Azərbaycan Bosniya və Herseqovina ilə strateji tərəfdaşlıq sənədi imzalayıb

Azərbaycan Prezidenti İlham Əliyev və Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri xanım Jelka Tsviyanoviç

Aprelin 13-də Sarayevoda “Azərbaycan Respublikası ilə Bosniya və Herseqovina arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə” imzalanıb.

Sənədi Azərbaycan Prezidenti İlham Əliyev və Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri xanım Jelka Tsviyanoviç imzalayıblar.

Tsviyanoviç imzalama mərasimində deyib:

"Biz strateji tərəfdaşlar olmağa qərar verdik və əminəm ki, özümüzü bu şəkildə aparacağıq. Bu bəyannamə daha yaxşı qarşılıqlı anlaşmaya, siyasi məsləhətləşmələrə nail olmağa, iqtisadi əməkdaşlığı yaxşılaşdırmağa imkan verəcək …"

Öz növbəsində, Əliyev vurğulayıb ki, birgə iqtisadi komissiya yaradılacaq, konkret layihələr müzakirə ediləcək və yaxın vaxtlarda işçi qruplar konkret tədbirlər görəcəklər.

Prezident İlham Əliyev aprelin 13-də Bosniya və Herseqovinaya səfər edib.