İyulun 18-də Prezident İlham Əliyev Azərbaycana işgüzar səfərlə gələn İraq Kürdüstan Regionunun başçısı Neçirvan Bərzani ilə görüşüb.
Görüşdə İraq Kürdüstan Regionu ilə iqtisadi-ticari əlaqələrin genişləndirilməsi, sərmayələr, enerji sahəsində əməkdaşlıq müzakirə olunub. O cümlədən turizm imkanlarının artırılması, birbaşa aviareyslərin açılması və digər məsələlərlə bağlı da müzakirə aparılıb. Məlumatı prezidentin mətbuat xidməti yayıb.
Prezident Əliyev Bərzani ilə bu ilin fevralında Münxendə görüşüb.
İraq Prezidenti Əbdüllətif Camal Rəşid isə bu ilin martında Qoşulmama Hərəkatının Zirvə toplantısı çərçivəsində Azərbaycanda olub.