'Sol əlim və ayağım işləmir, amma əlilliyim dayandırılıb' – Mingəçevir sakini
Sizin brauzer HTML5-i dəstəkləmir
Mingəçevir sakini, 49 yaşlı Əlixan Əliyev beyin infarktı və ardınca insult keçirdikdən sonra əmək qabiliyyətini itirsə də, 2026-cı ilin fevralında ona verilən III dərəcə əlillik statusu əsas göstərilmədən dayandırılıb. Hüquqşünaslar son illər oxşar problemlə üzləşərək məhkəməyə üz tutanların sayının yüzlərlə olduğunu bildirirlər; məsələ artıq parlament səviyyəsində də müzakirəyə çıxarılıb.