Əli Kərimli və Ramiz Mehdiyevin işləri ayrıldı
Sizin brauzer HTML5-i dəstəkləmir
Təxminən bir il əvvəl AXCP sədri və Prezident Administrasiyasının sabiq rəhbəri eyni maddə ilə – hakimiyyəti ələ keçirməyə cəhddə ittiham olunurdular. AXCP mətbuat xidmətinin rəhbəri N.Adilov bildirir ki, istintaq yekunlaşıb və Ə.Kərimli barəsində yalnız hakimiyyəti dəyişməyə cəhd ittihamı saxlanılıb. Onun sözlərinə görə, bu iki işin ayrılma səbəbi açıqlanmasa da, R.Mehdiyevin adı hələ də Ə.Kərimlinin işində keçir.