Əli Əsədovun 'vurulmasına' hazırlıq gedir?

Sizin brauzer HTML5-i dəstəkləmir

Hökumətyönlü mediada baş nazir Əli Əsədova məxsus olduğu iddia edilən mülklərin siyahısı yayılıb. Keçmiş prezident Heydər Əliyevin müşaviri olmuş politoloq Qabil Hüseynli bu məlumatların doğruluğuna şübhə etmədiyini bildirib. O, prosesin gələcəkdə daha ciddi nəticələrə yol aça biləcəyini vurğulayıb: "Yəqin ki, bu qədər yazılar onun gələcəkdə həbs edilməsinə də gətirib çıxaracaq. Ölkənin baş naziri haqqında belə biabırçı məlumatlar yayılırsa, deməli, JEK rəisindən tutmuş, ta yuxarıdakı baş nazirə qədər hamısı korrupsiya içində boğulub".