Elçin Əmirbəyov vəzifəsindən azad edildi və...

Elçin Əmirbəyov

Elçin Əmirbəyov Birinci vitse-prezidentin köməkçisi vəzifəsindən azad edilib. Bu barədə iyulun 18-də Prezident İlham Əliyev sərəncam imzalayıb.

Prezidentin digər sərəncamı ilə Əmirbəyov Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi təyin edilib.

Əmirbəyov 2017-ci ildən Birinci vitse-prezidentin köməkçisi vəzifəsində çalışıb. Bundan öncə o, Azərbaycan Respublikasının Fransadakı səfiri olub.