Ekvador prezidenti məhbuslar arasında dava nəticəsində azı 116 nəfərin öldürülməsi, 80 nəfərin yaralanmasından sonra həbsxana sistemində fövqəladə vəziyyət elan edib.
Rəsmilər davaya görə beynəlxalq narko-kartellərə bağlı bandaları ittiham edir. Azı 5 məhbusun başının kəsildiyi bildirilir.
Prezident Quilermo Lasso sentyabrın 29-da fövqəladə vəziyyət elan edib. O, mətbuat konfransında deyib ki, baş verənlər “pis və kədərlidir”, o, hakimiyyətin vəziyyəti təkrar nəzarətə almasına təminat vermir.
“Həbsxanaların kriminal qruplaşmalar arasında hakimiyyət mübahisəsi apardığı ərazilərə çevrilməsi məyusedicidir”, – deyən prezident həbsxanalara nəzarəti bərpa etmək üçün “tam qətiyyət”lə hərəkət edəcəyini söyləyib. O, zorakılığın digər təcridxanalara keçməsinin qarşısının alınacağını deyib.
Fövqəladə vəziyyət hökumətə həbsxanalar daxilinə polis və əsgər yerləşdirməyə imkan verəcək. Artıq sentyabrın 29-da kompleksi əsgərlər və tank qorumağa başlayıb.
Fevralda da həbsxana qiyamlarında öldürülənlər olmuşdu.