'Sahəni şişirdirlər' - Şumlanmayan torpaqlara 24 milyonluq subsidiya necə ayrılıb

Sizin brauzer HTML5-i dəstəkləmir

Kənd təsərrüfatı eksperti Vahid Məhərrəmli bildirir ki, statistik manipulyasiyalar vasitəsilə mənimsəmə faktları gizlədilir. Ekspertin qənaətincə, subsidiyaların səmərəli xərcləndiyi təəssüratını yaratmaq üçün həm əkin sahələri, həm də məhsuldarlıq göstəriciləri süni şəkildə şişirdilir. O, dincə qoyulan torpaqlara görə vəsait ayrılmasını "yeni mənimsəmə sxemi" kimi qiymətləndirir.