Əhməd Məmmədlinin həbsdə aclıq etdiyi deyilir

Əhməd Məmmədli

"D18 - Demokratiya 1918" Hərəkatının inzibati qaydada 30 sutka həbs olunan sədri Əhməd Məmmədlinin aclıq aksiyasına başladığı bildirilir.

Bu barədə Hərəkatdan məlumat verib.

Qeyd olunub ki, Ə.Məmmədli öz həbsini qanunsuz və siyasi sifariş hesab edir: "O öz həbsinə etiraz olaraq dünən, sentyabrın 20-dən aclıq aksiyasını başlayıb".

Bu deyilənlərə, hələlik, Azərbaycan Daxili İşlər Nazirliyi və başqa rəsmi qurumlardan münasibət öyrənmək mümkün olmayıb. Amma rəsmi qurumlar, bir qayda olaraq, Azərbaycanda siyasi sifarişli həbslərin olması ilə bağlı fikirləri qəbul etmirlər.

Əhməd Məmmədliyə 30 sutka verilib

"D18 - Demokratiya 1918" Hərəkatının sədri Əhməd Məmmədli sentyabrın 30-da Səbail Rayon Məhkəməsinin qərarı ilə 30 sutka inzibati qaydada həbs olunub. O, İnzibati Xətalar Məcəlləsinin 535 (Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) maddəsi ilə təqsirli sayılıb.

Amma gənc bu qərarı əsassız sayıb. Onun sözlərinə görə, həbsinə sülhdən danışması, Prezident İlham Əliyevi tənqid etməsi səbəb olub.

Onun bu açıqlamasına, hələlik, rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

Sizin brauzer HTML5-i dəstəkləmir

'Niyə 'Korrupsionerləri tanı' kimi kampaniya aparılmır? Bu onu göstərir ki,...'

Əhməd Məmmədlini polis saxlayıb

Daxili İşlər Nazirliyi (DİN) Mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev "Turan"a bildirib ki, Əhməd Məmmədlini polis əməkdaşları saxlayıb, araşdırma aparılır.

Amma o, araşdırmanın hansı məsələ üzrə aparıldığını söyləməyib.

+++

"D18 - Demokratiya 1918" Hərəkatının sədri Əhməd Məmmədlinin sentyabrın 20-də saxlanıldığı bildirilir.

Hərəkatdan verilən məlumata görə, Ə.Məmmədlini Bakıda, İslam Səfərli küçəsində mülki geyimli şəxslər saxlayıb: "Əhməd Məmmədlini zorla maşına mindirərək naməlum istiqamətə aparıblar".

Təşkilatdan hesab edirlər ki, bu, onun sosial şəbəkələrdə müharibə əleyhinə yazdığı paylaşımlarla bağlıdır.

Ötən həftə Azərbaycan və Ermənistan sərhədində vəziyyət yenidən gərginləşib. Tərəflər atəşkəsin pozulmasına görə bir-birlərini günahlandırırlar.

Xatırlatma

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olub. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi. 2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzaladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.