Taliblər tanınmış əfqan musiqiçişini öldürüblər

Taliban döyüşçüləri, 14 iyul 2009

"Taliban" Əfqanıstanın tanınmış folklor müğənnisi və musiqiçisi Favada Andarabini öldürüblər. Bu barədə musiqiçinin oğluna istinadən "Times Now" məlumat yayıb.

Məlumata görə, taliblər onun Bağlan əyalətindəki evəndə avqustun 28-də olublar. Andarabini evindən çıxarıb çöldə güllələyiblər. Müğənni hadisə yerində ölüb.

Andarabi mahnılarında dəfələrlə Taliban hərəkatını pisləyib və onunla mübarizə aparanları dəstəkləyib. Musiqiçinin ölümünü Əfqanıstanın keçmiş daxili işlər naziri Məsud Andarabi də təsdiqləyib.

Avqustun 27-də "Taliban" liderləri bəyan ediblər ki, onların rəhbərliyi altında olan Əfqanıstanda ictimai yerlərdə müsiqi qadağan olunacaq.

"İslamda musiqi qadağandır, amma ümid edirik ki, insanlara təzyiq göstərmək əvəzinə buna inandıra bilərik "deyə Taliban sözçüsü Zabihullah Mücahid The New York Times qəzetinə deyib.

Əfqanıstanda əvvəlki hakimiyyəti dövründə (1996 -2001 ) taliban ciddi şəriət qaydalarını tətbiq edib. Ölkədə bir çox siyasi, hüquq və əsas azadlıqlar məhdudlaşdırılıb. Qadınlarla bağlı sərt qaydalar qüvvədə olub.