Ədəbiyyat üzrə Nobel Anni Ernoya verildi

Anni Erno

Bu il bukmekerlərin favoritləri sırasında 75 yaşlı britaniyalı Salman Rüşdi vardı

Bu il ədəbiyyat üzrə Nobel mükafatına 82 yaşlı fransalı yazıçı Anni Erno layiq görülüb. Oktyabrın 6-da Stokholmda keçirilən mərasimdə bu haqda məlumat verilib.

Yazıçı mükafata “şəxsi yaddaşın köklərini, yadlaşmasını və kollektiv məhdudlaşdırmasını açarkən göstərdiyi cəsarəti və klinik dəqiqliyə” görə layiq görülüb.

Buna da bax: 81 yaşlı alim ikinci dəfə Nobel laureatı oldu

Ernonun ən məşhur əsərlərindən biri “Hadisə”dir (2000). Əsərdə yazıçı 1963-cü ildə elətdirdiyi gizli abortdan söz açır. Əsər 2021-ci ildə rejissor Odri Divan tərəfindən ekranlaşdırılıb və buna görə Venesiya kinofestivalının “Qızıl şir” mükafatına layiq göeülüb.

Bu il bukmekerlərin favoritləri sırasında 75 yaşlı britaniyalı Salman Rüşdi vardı. “Şeytan ayələri” kitabının müəllifi avqustda Nyu Yorkda sui-qəsdə məruz qalıb.

Buna da bax: Nobel mükafatını qədim insanın genlərini öyrənən alim aldı

Mükafatın dəyəri 10 milyon İsveç kronudur (914 min 704 dollar).

Bu gün – oktyabrın 7-də Nobel Sülh Mükafatının qalibi elan ediləcək.