İran edamlara görə birinci yerdədir

İllüstrativ foto

Ötən il 56 ölkədə azı 2 min 52 ölüm hökmü çıxarılıb.

Ötən il dünyada edamlarda “narahatedici yüksəliş” baş verib. İranda 2017-ci ildən bəri dövlətin icazə verdiyi edamlarda rekord qeydə alınıb.

2020-ci illə müqayisədə ötən il dünyada edamlar 20 faiz artıb. “Amnesty International” insan haqları təşkilatı mayın 24-də bu haqda hesabat yayıb.

Ancaq Çin, Şimali Koreya və Vyetnamda edamlar qlobal statistikaya daxil deyil. Amnesty Çində minlərlə edamın gerçəkləşdiyini bildirir.

Buna da bax: İranda 1988-c il edamlarında Rəisinin rolunun araşdırılmasına çağırış edilib

Ötən il 18 ölkədə 579 edam həyata keçirilib. Bunun azı 314 nəfəri İranda edam olunub. 2020-ci ildə İranda 246 edam baş vermişdi.

İnsan haqları qrupu İrandakı artımı narkotik maddələrlə bağlı edamlarla əlaqələndirir.

Səudiyyə Ərəbistanında ötən il edamların sayı iki dəfədən çox artıb. Bu ilin martında bircə günün içində bu ölkədə 81 nəfər edam olunub.

Ötən il 56 ölkədə azı 2 min 52 ölüm hökmü çıxarılıb.

Amnesty Qazaxıstanda ölüm cəzasının ləğvini müsbət addım kimi dəyərləndirib.