DTX 'qara bazar'la bağlı məlumat yayıb

"Qara bazar"

Dövlət Təhlükəsizlik Xidməti ölkə ərazisində valyuta dövriyyəsində manipulyasiya halları və “qara bazar”la mübarizəyə dair məlumat yayıb.

Məlumatda qeyd edilir ki, hər biri 10 milyonlarla ABŞ dolları məbləğində xarici valyutanın alqı-satqısını həyata keçirərək qanunsuz sahibkarlıq yolu ilə külli miqdarda gəlir əldə etmiş 3 mütəşəkkil qrupun silsilə cinayət əməlləri ifşa edilib.

Buna da bax:​ 'Qara bazar' sıxışdırılıb, amma…

DTX bildirir ki, dekabrın 27-si lisenziya almadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqda şübhəli bilinən 10-dan çox şəxs saxlanıb. Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Müstəqil iqtisadçılar isə hesab edirlər ki, Azərbaycanda “qara bazarı” dollarla elə kommersiya bankları təmin edirlər. Onların fikrincə, nə qədər ki, manata gerçək dəyərini almayıb və kommersiya bankları dollar satışını bərpa etməyiblər “qara bazarla” mübarizə real effekt verməyəcək.