61 ölüm, qapalı məhkəmələr: Dövlət Sərhəd Xidmətində nə baş verir?

Sizin brauzer HTML5-i dəstəkləmir

"Son beş ildə Dövlət Sərhəd Xidmətində (DSX) 61 hərbi qulluqçu həyatını itirib". Xəzər Hərbi Tədqiqatlar İnstitutunun rəhbəri Cəsur Sümərinli bildirir ki, ümumi hərbi itkilərdə DSX hərbçilərinin payının yüksək olması qurumun idarəetmə mexanizmindəki problemlərdən xəbər verir: "Müəyyən neqativ hallarla, xüsusən də "dedovşina" halları ilə bağlı məlumatlar daxil olur... Lakin kimlərinsə cəzalandırılıb-cəzalandırılmadığı ilə bağlı hər hansı rəsmi məlumat yoxdur. Məhkəmə prosesləri ilə bağlı heç bir məlumat verilmir və bütün proseslər tamamilə qapalı saxlanılır".