Çavuşun hərbi hissədə vəfat etdiyi bildirilir

Sərhəd qoşunları

Bu gün, fevralın 3-də Dövlət Sərhəd Xidmətinin (DSX) Yevlax şəhərində yerləşən hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, çavuş Ceyhun Nabatəlizadənin qeyri-döyüş şəraitində vəfat etdiyi bildirilir.

Bu barədə DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib.

"Dövlət Sərhəd Xidmətinin rəhbər vəzifəli şəxsləri hadisə yerinə ezam olunublar. Hadisə ilə əlaqədar prokurorluq orqanlarının əməkdaşları ilə birlikdə araşdırma tədbirləri həyata keçirilir", - məlumatda yazılıb.

Amma, hələlik, bu məlumata C.Nabatəlizadənin ailəsindən münasibət almaq mümkün olmayıb.