Fevralın 3-də ölkədə 90 cinayət faktı qeydə alınıb

Foto: arxiv

Ötən gün ölkə ərazisində 90 cinayət faktı qeydə alınıb. Onların da 35-i “isti izlər”lə açılıb.

Xəbəri Daxili İşlər Nazirliyinin saytı yayıb.

Xəbərdə deyilir ki, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 23 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Ölkənin avtomobil yollarında biryol-nəqliyyat hadisəsi baş verib. Bir nəfər yaralanıb.

Nnarkotiklərlə bağlı 12, qanunsuz silah-sursatla bağlı 2 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 56 nəfər tutulub.