ABŞ cərrahları tarixdə bir ilk olaraq, genetikası dəyişdirilmiş donuz ürəyini pasiyentə köçürüblər.
Bu əməliyyatın nəticəsinin uzun müddətə effektli olacağını demək üçün hələ tezdir. Amma Merilend Universitetinin Tibb Mərkəzinin həkimləri yanvarın 10-da bildiriblər ki, prosedur insan bədəninin heyvan ürəyini dərhal rədd etmədiyini, yaşatdığını göstərib.
Buna da bax: ‘Qara göbələk’ - koronavirusun yol açdığı daha ölümcül infeksiyaƏməliyyat yanvarın 7-də, normal insan transplantına uyğun gəlməyən, ölmək üzrə olan xəstə üzərində aparılıb.
“Ya ölməli, ya da bu transplantı həyata keçirməliydim. Yaşamaq istəyirəm. Bilirəm ki, bu, qaranlığa güllə atmaqdır, amma mənim son seçimimdir”, – 57 yaşlı Deyvid Bennet əməliyyatdan öncə deyib.
Buna da bax: 'Böyrək işi'ndə hökm oxunduGenetikası necə dəyişdirilib
Donuz ürəyi genetik baxımdan dəyişdirilib, güclü immun reaksiyası yaradacaq, orqanın rədd olunması ilə nəticələnəcək şəkəri hasil edən gen məhv edilib. Həkimlər həm də xəstəyə adi dərmanlarla yanaşı immun sistemini üstələyən, onun orqanı rədd etməsini önləyən dərman veriblər.
Donuz ürəyini təmin etmiş “Revivicor” biotexnologiya şirkəti oktyabrda Nyu Yorkda beyni ölü bir pasiyentə köçürülən donuz böyrəyini də hazır etmişdi. Bu da dünyada ilk heyvan böyrəyi transplantasiyası əməliyyatı idi.
Buna da bax: Pfizer omikrona qarşı ikisi birində peyvənd hazırlayırHazırda dünyada transplantasiya üçün insan orqanlarına böyük tələbat var, amma təklif məhduddur. Bu da alimləri heyvan orqanlarının geniş istifadənin yolunu tapmağa sövq edir.
“Alınsa, əziyyət çəkən pasiyentlər üçün bu orqanlar sonsuz şəkildə təchiz oluna bilər”, – universitetin heyvandan insana transplant proqramının elmi direktoru Məhəmməd Mühiuddin deyib.