Donald Trump transgenderlərin orduda xidmətini qadağan elədi

Donald Trump

ABŞ prezidenti Donald Trump hər iki cinsdən olan transgenderlərin orduda xidmətini qadağan edən fərman imzaladı.

Bu barədə avqustun 25-də Ağ evin saytında yerləşdirilən sənəddə bildirilir.

Fərman həmçinin Pentaqonun orduda cinsin dəyişdirilməsinə görə xərcləri ödəməsini qadağan edir.

Yalnız fərmandan əvvəl başlanan bu cür tibbi prosesin maliyələşdirilməsinə icazə veriləcək.

Fərmanın 2018-ci il martın 23-dən qüvvəyə minəcəyi gözlənilir.

Donald Trump transgenderlərin orduda xidmətinə qoyulmuş qadağanı bərpa etmək istəməsini bu ilin iyulunda bəyan etmişdi.

Prezident deyir ki, transgenderlərin orduda xidməti effektliyi azaldır və orduda xərcləri artırır.

Məlumata görə ABŞ-dakı LQBT cəmiyyəti fərmanı hiddətlə qarşılayıb.

Keçmiş president Barack Obama administrasiyası 2016-cı ildə transgenderlərin orduda xidmətinə qoyulmuş qadağanı ləğv etmişdi.