Dollar 'uçur' - 1.91

Dollar

Bu gün, yanvarın 25-i Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun da iştirakı ilə hərrac keçirilib. Hərracda manatın orta çəkili məzənnəsi 1.9052 səviyyəsində formalaşıb.

Yanvarın 23-də, bundan əvvəlki hərracda ABŞ dollarının məzənnəsi 1.8559 manat müəyyən olunmuşdu.

Bu il yanvarın 12-dən valyuta hərracı yeni formatda keçirilir. İndi qiymətləri bankların müəyyən etdiyi bildirilir. Proses dolların alışı üzrə ən yüksək qiymətdən aşağı qiymətə doğru təmin olunur.