Avro ilə ABŞ dolları bərabərləşə bilər

Avro ilə ABŞ dollarının məzənnəsi gələn il bərabərləşə bilər.

“Goldman Sachs” agentliyinin analitikləri hesab edirlər ki, ABŞ-da keçirilən prezident seçkisində Donald Trumpun qələbəsinə görə, dollar 2017-ci ilin dördüncü rübündə avroya nisbətdə 4,4, dünya valyutalar səbətinə nisbətdə isə 2 faiz bahalaşacaq.

İnvestorlar hesab edirlər ki, Trampın infrastrukturun inkişlafına böyük vəsait qoyulacağı və vergilərin azaldılması ilə bağlı vədləri gələcəkdə daxili iqtisadi artım və infilyasiyaya səbəb olacaq.

Onlar həmçinin infilyasiyaya uyğun olaraq ABŞ Federal ehtiyatlar sisteminin faiz dərəcələrini xeyli qaldırcağını gözləyirlər.

Hazırda 1 avro 1,06 dollara bərabərdir.

-

Buna da bax. Dollar qara bazarda 'od tutub yanır'