Məsafə

Siyasi fəal Zaur Qurbanlı və həyat yoldaşı Günel Əlisgəndərli. Zaur Qurbanlı 2 ilə yaxın həbsxanada olub

N!DA Vətəndaş Hərəkatının keçmiş üzvü Uzeyir Məmmədli 1.9 il həbsxanada olub

Həbs edilmiş bloqqer Abdul Əbilovun qohumu Ramin Əhədov və anası Nurcahan Əbilova

Həbs edilmiş N!DA-çı fəal İlkin Rüstəmzadənin ailəsi- anası Atlas Rüstəmzadə, bacısı və atası

İlkin Rüstəmzadənin anası Atlas Rüstəmzadə hələ də oğlunun yolunu gözləyir. İlkin 17 may 2013-cü ildə "Əsgər Ölümlərinə Yox" aksiyalarının təşkilatçısı idi.

Hüquqmüdafiəçisi Anar Məmmədli ömrünün 2.3 ilini həbsxana divarları arasında keçirib.

6 ay həbsxanada olmuş Müsavat partiyasının gənc aktivisti Nigar Yaqublu və atası Tofiq Yaqublu. Tofiq Yaqublu İsmayıllı hadisələrindən sonra saxta ittihamla 3.2 il həbs edilmişdi

Digər Müsavatçı siyasi fəal Yadigar Sadıqov - 3 ilə yaxın həbsdə olub

Həbsdə olan bloqqer Rəşad Ramazanovun ailəsi- oğlu Aslan, qızı Zəhra

Aktivsit Rəşadət Axundov. Keçmiş N!DA üzvü "Əsgər ölümlərinə YOX" aksiyalarından sonra həbs edilmişdir. Axundov 3 il həbsdə olub

Gənc yaşında siyasi fikirlərinə görə həbs edilmiş keçmiş N!DA üzvü Ömər Məmmədov 2.2 il həbsdə qalıb.

Siyasi baxışlarına görə həbs edilmiş Sirac Kərimli də 2 ilə yaxın həbsdə qalıb

Azərbaycan hakimiyyətinin korrupsiya və ədalətsizliyi haqda silsilə yazılar yazan jurnalist, TV aparıcı Seymur Həzinin atası - Məşğul Həzi.
 

"Mən Qiyasla fəxr edirəm" deyən Şura  İbrahimva. Qiyas 12 may 2016-cı ildə həbs edilib. Ağır işgəncələrə məruz qalıb