Dəvə döyüşdürmə: Qədim türk ənənəsi, yoxsa heyvanlara qarşı zorakılıq?

Döyüşlər yalnız qışda, dəvələrin cütləşdiyi dövrdə keçirilir. Bu zaman erkək dəvələr özlərini daha aqressiv aparırlar.

Dəvələr döyüş meydanına 10 yaşına çatandan sonra çıxırlar və döyüş "karyeraları" təxminən 10 il davam edir. 

Döyüşün əvvəlində iki erkək dəvənin qarşısından bir dişi dəvə keçirirlər ki, onlar aqressivləşsinlər. 

Döyüş dəvələrinin hamısı xüsusi hazırlıq keçirlər və müxtəlif fəndlər öyrənirlər,.

Dəvə döyüşdürənlərin çoxu dəvələrinə öz boyunlarından qarmaq kimi istifadə etməyi öyrədirlər. Bu fəndlə onlar öz rəqiblərini yerə yıxırlar. Dəvə döyüşləri qaydalarına görə rəqibini yerə yıxan dəvə qalib sayılır. 
 

Döyüş dəvələrinin çoxu İran və Əfqanısdanda yetişdirilir, döyüşmək üçünsə Türkiyəyə gətirilir. 
 

Dəvə döyüşlərindən qazanılan pullar əksər hallarda məktəb və ya məscid tikintisi kimi ictimai layihələrə xərclənir. 
 

Türklər deyirlər ki, onlar dəvə döyüşlərinə ispanlar korridaya baxdıqları kimi baxırlar. 

Türkiyə dəvə döyüşlərinin keçirildiyi yeganə ölkə deyil. Pakistanın Lahor şəhərində keçirilən turnir də az tamaşaçı yığmır. Bir çoxları bilmir ki, XIX əsrdə bu idman növünü təşviq edən cəmiyyət ABŞ-da da mövcud idi. Amma bu Asiya ənənəsi orada yaşaya bilmədi.    
 

Heyvanların müdafiəsi ilə məşğul olan bir çox təşkilat tələb edir ki, dəvə döyüşlərinin keçirilməsi qadağan edilsin. Onlar hesab edirlər ki, bu, heyvanlara qarşı zorakılıqır. Amma ənənə hələ də yaşayır və yerli camaat arasında olduğu kimi turistlər arasında da çox populyardır.