3 nəfər dəm qazından zəhərlənib

Foto: arxiv

Lent.az xəbər verir ki, oktyabrın 22-də Bakının Elşən İsmayılov küçəsindəki fərdi yaşayış evində yaşayan 32 yaşlı Natavan Abbasova13 yaşlı qızı ilə birgə dəm qazından zəhərlənib.

Buna da bax: Qarlı havanın gətirdiyi problem: dəm qazı

Zərərçəkənlərə ilkin tibbi yardım göstərilib, vəziyyətləri normaldır.

Zaqatalada isə 24 yaşlı Arzu Qubatova huşsuz vəziyyətdə tapıblar.

Zaqatala Dövlət Yanğından Mühafizə Hissəsindən APA-ya verilən məlumata görə, Arzu Qubatovanın dəm qazından zəhərlənməsi məlum olub.

Arzu Qubatova təcili xəstəxanaya çatdırılıb, vəziyyəti orta-ağır qiymətləndirilir.