Dağlıq ərazilərdə qar gözlənir

Arxiv foto

Martın 31-də Bakı və Abşeron yarımadasında havanın əsasən yağmursuz keçəcəyi gözlənir.

Mülayim şimal küləyinin əsəcəyi, gündüz cənub-şərq küləyi ilə əvəzlənəcəyi təxmin edilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Abşeronda gecə 3-5, gündüz 8-11, Bakıda gecə 3-5, gündüz 8-10 dərəcə isti proqnozlaşdırılır.

Nazirlik xəbərdarlıq edir ki, aprelin 1-i axşamdan 2-si səhərədək Bakıda və Abşeron yarımadasında arabir yağış yağa bilər.

Martın 31-də Azərbaycanın bəzi rayonlarında da yağış, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

Gecə 2-6, gündüz 7-11 dərəcə isti, dağlarda gecə 3-8, gündüz 0-3 dərəcə şaxta təxmin edilir.