İri metallurgiya kompleksi özəlləşdirməyə çıxarıldı

İllüstrasiya

-

Azərbaycanın polad istehsalı kompleksinə daxil olan “Daşkəsən Filizsaflaşdırma” Açıq Səhmdar Cəmiyyəti özəlləşdirməyə çıxarılıb.

Prezident İlham Əliyev iyulun 13-dəbununla bağlı sərəncam imzalayıb.

Sərəncam metallurgiya kompleksində sağlamlaşdırma və restrukturizasiya tədbirlərinin həyata keçirilməsini nəzərdə tutur.

Sənədə əsasən, “Daşkəsən Filizsaflaşdırma” özəlləşdirməyə açıq elan edilərək, Əmlak Məsələləri Dövlət Komitəsinin sərəncamına verilib.

Bundan sonra “Daşkəsən Filizsaflaşdırma”nın dövlətə məxsus səhmləri investisiya müsabiqəsi vasitəsilə satışa çıxarılacaq. Dövlət komitəsi investisiya müsabiqəsinin daha uyğun şərtlərlə həyata keçirilməsi üçün zəruri addımları atmalıdır.

Səhmlərin özəlləşdirilməsində yerli investorlarla yanaşı xarici investorların da iştirakına icazə verilir.

Buna da bax: İlham Əliyev komissiya yaratdı