Dağlıq rayonlarda yağış, dolu gözlənir

arxiv foto

İyunun 9-da Bakı və Abşeron yarımadasında havanın günəşli keçəcəyi təxmin edilir. Mülayim şmal küləyinin əsəcəyi ehtimalı var.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, abşeronda gecə 19-23, gündüz 26-31, Bakıda gecə 21-23, gündüz 29-31 dərəcə isti proqnozlaşdırılır.

İyunun 9-da Azərbaycanın əksər rayonlarında da bir elə yağıntı gözlənmir. Lakin gündüz bəzi dağlıq rayonlarda şimşək çaxacağı, yağış yağacağı, ayrı-ayrı yerlərdə lokal leysan olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə 19-24, gündüz 33-38, dağlarda gecə 11-16, gündüz 21-26 dərəcə isti təxmin edilir.