AzadlıqRadiosunun Erməni xidməti – Azatutyunun yazdığına görə daha dörd əsir Ermənistana qaytarılıb.
Baş nazirin müavini Tiqran Avinyan Facebook səhifəsində yazıb ki, əsirlər Rusiya Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçilyi ilə dekabrın 28-də Ermənistana gətirilib:
"Qohumlarına onların qayıtması barədə məlumat artıq verilib. Onlar hazırda tibbi müayinədən keçirilir. Onlara lazımi tibbi, mənəvi və psixoloji yardım göstərilir”.
Baş nazirin müavini bunu da yazır ki, əsirlərin dəyişdirilməsi prosesi davam etdiriləcək.
Bundan əvvəl, dekabrın 14-də Azərbaycan tərəfi Ermənistana 44 hərbi əsiri qaytarıb.