Dağlıq ərazilərdə qısa yağış gözlənir

Bakıda yağış, 23 sentyabr 2018

Mayın 6-da Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənir.

Şimal-qərb küləyinin əsəcəyi, gündüz onun mülayim cənub küləyi ilə əvəzlənəcəyi təxmin edilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Abşeronda gecə 12-15, gündüz 19-24, Bakıda gecə 13-15, gündüz 21-23 dərəcə isti proqnozlaşdırılır.

Azərbaycanın rayonlarında da bir elə yağıntı gözlənmir. Lakin axşam bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Gecə 9-14, gündüz 22-27, dağlarda gecə 3-7, gündüz 9-14 dərəcə isti təxmin edilir.