CurrentTimeTV Belarusda 'ekstremist' elan olundu

CurrentTimeTV

Belarus hakimiyyəti AzadlıqRadiosunun "Amerikanın Səsi" ilə birgə rusdilli layihəsi olan CurrentTimeTV-ni ekstremist təşkilatların reyestrinə salıb.

Belarus İnformasiya Nazirliyi yanvarın 11-də bildirib ki, ötən həftə Vitebsk məhkəməsinin çıxardığı qərar CurrentTimeTV-nin vebsaytına, onunla bağlı layihələrə, Telegram platforması daxil olmaqla sosial media platformalarına aiddir.

CurrentTimeTV gündəlik olaraq Rusiya, Ukrayna, Orta Asiya və Şərqi Avropa ərazisinə yayımlanır.

2021-ci ilin dekabrında Belarus Daxili İşlər Nazirliyi AzadlıqRadiosunun Belarus xidmətini (Radio Svaboda) də "ekstremist" elan edib.

Belarus qanunlarına görə, ekstremist sayılan qurumların vebsaytlarına rəsmən abunə olanları 6 ilədək həbs cəzası gözləyir.

Təzyiqlər və sanksiyalar

Etirazlar avtoritar lideri Aleksandr Lukaşenkonun daha altı il müddətinə prezident elan olunmasına qarşı keçirilirdi.

Hökumət demokratiya hərəkatına amansız divan tutub, minlərlə insan həbs olunub, aparıcı müxalifət liderləri ölkədən çıxarılıb. İşgəncə və pis rəftarla bağlı mötəbər məlumatlar var, bir neçə nəfər həlak olub.

Belarusda onlarla xəbər vebsaytı, müstəqil media orqanı qapadılıb.

1994-cü ildən hakimiyyətdə olan Lukaşenko seçkidə hansısa saxtakarlıq olmadığını deyir, müxalifətlər danışıqlardan, siyasi keçiddən, yeni seçkilərdən imtina edir.

Qərb isə Lukaşenkonu Belarusun legitim lideri kimi tanımaqdan imtina edir, etirazların yatırdılmasında əl olmaqda suçlanan məmurlara sanksiyalar qoyub.