Noyabrın 1-də Azərbaycan Cüdo Federasiyasının növbədənkənar konfransı keçirilib.
Bu barədə Gənclər və İdman Nazirliyi bu gün, noyabrın 2-də məlumat yayıb. Məlumata görə, konfransın qonaqları - gənclər və idman naziri Fərid Qayıbov və Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə çıxış ediblər.
Sonra Azərbaycan Cüdo Federasiyası (ACF) rəhbərliyinə və İcraiyyə Komitəsinə yeni seçki keçirilib. Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev federasiyanın yeni prezidenti seçilib.
Federasiyanın vitse-prezidenti vəzifəsinə Rövşən Rüstəmov, Elnur Məmmədli, İcraiyyə Komitəsi üzvlüyünə isə Ağayar Axundzadə, Raqif Abbasov, Asif Əsgərov, Nazim Hüseynov, Azər Əsgərov və Elxan Məmmədov seçiliblər.
Konfransda ACF-nin sabiq prezidenti Rövnəq Abdullayev çıxış edərək federasiyanın yeni rəhbərliyi və İcraiyyə Komitəsini təbrik edərək uğurlar arzulayıb.
R.Abdullayev ACF-dan başqa Azərbaycan Futbol Federasiyaları Assosiasiyasına (AFFA) və Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) rəhbərlik edirdi. Həmin qurumların isə prezidenti olaraq qalır.