Trump-ın əsas rəqibi də müsəlmanlar haqda sərt danışır

Ted Cruze

►O, mübahisəli proqramı dayandıranları tənqid edib

ABŞ-ın Respublikaçılar Partiyasının prezidentliyə namizədlərindən biri Ted Cruz müsəlman icmalarının izlənməsi proqramının dayandırılmasına qarşı çıxıb.

O, əsas rəqibi Donald Trumpın ana vətəni olan Nyu York şəhərinə gəlməsindən bir neçə saat sonra mer Bill de Blasio və polis komissarı Bill Brattonla mübahisəsi düşüb.

Cruz Brüsseldəki terror hücumlarından sonra ABŞ hüquq-mühafizə orqanlarını "müsəlmanların yaşadığı rayonlar radikallaşmadan onları izləmək və qorumağa" çağırıb.

Nyu York meri bu çağırışı tənqid edib. Cavabında Cruz de Blasionu Nyu York Polis Departamentini (NYPD) müsəlman amerikalılara nəzarət etməyi hədəfləyən mübahisəli proqramı dayandırdığına görə tənqid edib.

Cruz "Demoqrafiya Birliyi" adlanan bu proqramı model adlandırırb, meri isə siyasi korrektliyi ictimai təhlükəsizlikdən üstün tutmaqda ittiham edib.

Cruz "Demoqrafiya Birliyi"nin tərəfdarı olan keçmiş Nyu York meri Michael Bloomberg-i təqdir edib. Cruzun sözlərinə görə, bu proqram "radikallaşmanın qarşısının alınması üçün müsəlman icması ilə əməkdaşlıq şəraitində" fəaliyyət göstərib.

Hazırda Trump partiyadaxili seçkilərdə lider olsa da, Cruz ona çatmağa çalışır.

____________________________________________________________

Bunlara da bax:

____________________________________________________________

Cruz Manhettendə Metropolitan Respublikaçı Klubunda jurnalistlərin suallarına cavab verdiyi dəqiqələrdə Nyu York meri de Blasio və Komissar Bratton başqa bir mətbuat konfransında Cruzu tənqid etməklə məşğul idilər.

"Mən demək istəyirəm ki, bu, qınağa layiqdir. Onun iradları təhlükəsizlik barədə deyil. Bu demoqogiyadır," - deyə de Blasio bildirib. Bratton söhbəti davam etdirərək qeyd edib ki, "Cruzun bu gün verdiyi bəyanat onun niyə bu ölkənin prezidenti olmayacağını nümayiş etdirir."

Anti-Defamasiya Liqası da Cruzun şəhərin müsəlman rayonlarının nəzarətdə saxlanması barədə çağırışını qınayıb. Demokratik Milli Komitənin (DNC) sədri respublikaçı Debbie Wasserman Schultz isə bu bəyanatı "utancverici nifrət nümayişi" adlandırıb.