Danimarka mətbuatı 'Qarabağ'dan nə yazır?

"Qarabağ"ın oyunçusu solda. İtaliyanın "İnter" komandası ilə oyun, 2014

"Qarabağ" əvvəlki "Qarabağ" deyil.

Bunu Danimarkanın "The Copenhagen Post" qəzeti yazır.

Qəzet 1998-ci ildə "Kopenhagen"dən iki oyunda 10 qol yeyən "Qarabağ"ın gücləndiyini qeyd edir.

"Qarabağ" bir neçə gün əvvəl Azərbaycan futbol tarixində ilk dəfə Çempionlar Liqasının play-off mərhələsinə yüksəlib.

Ağdam təmsilçisi Moldovanın "Şerif" klubunu üstələyib.

"The Copenhagen Post" xatırladır ki, "Qarabağ" son 4 ildə Azərbaycan çempionu titulunu qazanıb. Son illərdə qitə miqyaslı yarışmalarda uğurla çıxış edib, "Dnipro", "Anderlecht" və "PAOK" kimi komandaları məğlub edə bilib.

Buna da bax: "Qarabağ"-"Şerif" (qollar)

​Buna da bax: Qurban Qurbanov "şansımız var" deyir