Çiyələk tarlasında günəşdən qorunmaq istəyən xanımlar (Fotoqalereya)
Havalar günəşli keçəndə məhsul da bol olur.
Çay fasiləsinin müddəti havanın temperaturundan asılı olur və daha çox ev-eşik qayğılarından söhbət açılır.
İşçilər üzlərindəki örtüyü, sadəcə fasilədə dincəlib çay içərkən açırlar.
Sahədən yığılan çiyələk birbaşa vedrəyə yığılıb, sərin yerə yığılır, ordan isə satış üçün daşınır.
İş səhər saat 8-9-da başlayır və Günəş batana kimi davam edir.
Sahədəki nəzarətçi: “Burada işləyən qadınları başqa yerdə görsəm tanımaram, Çünki çox vaxt üzləri qapalı olur”.
Bir vedrə çiyələyin qiyməti 60 qəpikdir və bu minimum xərcləri qarşılamağa yetir.
On il öncə çiyələk əkən və satan az olduğundan qiymət də yaxşı idi, qazanc da yaxşı olurdu.
Bir qab çiyələyi iki manata satsaq çəkdiyimiz xərci götürə bilərik.
“Heç olmasa, məhsulun yarısını xarici bazara çıxarıb sata bilsək gəlirimiz də artar“.
Mövsüm başlayanda qiymətlər yaxşı olur və gəliri də qane edir.
Çiyələk kolu dörd ildən bir əkilir və ildə 4-5 dəfə yığım olur.
Yığılan çiyələyin yaxşı qiymətə və tez satılması çalışanların da güzəranına təsir edəcək.
Cəlilabadda 10 il əvvələ nisbətən çiyələk əkib becərilməsi 4-5 dəfə artıb və buna görə də qiymətlər ucuzlaşıb.
Sahədəki nəzarətçi: “Burada işləyən qadınları başqa yerdə görsəm tanımaram, Çünki çox vaxt üzləri qapalı olur”.
Çİyələk birbaşa yığılaraq qablaşdırılır və satışa göndərilir, çünki əldən elə dəydikcə təzəliyini itirir.