Çin parad keçirib yeni hərbi texnikasını göstərdi [Video]

Çin milli azadlıq ordusunun yaradılmasının 90 illiyi münasibətilə Pekində hərbi parad keçirilib.

12 min hərbçinin qatıldığı və 600 ədəd hərbi texnikanın, o cümlədən 100 təyyarənin nümayiş etdirildiyi paradda Çin öz yeni silahlarını da göstərib.

Rusiyanın TASS agentliyi xəbər verir ki, paraddakı hərbi texnikanın 40 faizi ilk dəfə nümayiş etdirilib. Buraya PDM-lər, özüyeriyən artilleriya qurğuları, tank əleyhinə raket kompleksləri və s. daxildir.

Buna da bax: Trump Çini ittiham edir

Ən çox maraq doğuran hərbi texnikalardan biri də 10 min kilometr məsafəyə uça bilən DF-31AG qitələrarası ballistik raketi olub.

Paradda Çinin istehsal etdiyi beşinci nəsil J-20 qırıcı təyyarələr də nümayiş olunub.