ÇL oyunları tamaşaçısız keçirilir

Çempionlar Liqası çərçivəsində Barcelona və Napoli qarşılaşması tamaşaçısız keçiriləcək.

Səbəb koronavirusun yayılmasının qarşısını almaqdır.

Oyunun martın 18-də keçirilməsi nəzərdə tutulur.

Digər oyunlar- Paris St Germain - Borussia Dortmund, Valencia və Atalanta oyunları da bağlı qapılar arasında keçiriləcək.

İspaniyanın səhiyyə naziri deyib ki, azarkeşlərin virusun yayıldığı, o cümlədən İtaliyanın şimalından gələcəyi gözlənilir, ona görə də oyunlara tamaşaçı qəbul etməməyə qərar veriblər.