İndiyə qədər kimyəvi silahladan bu qədər adam ölüb

Britaniya ordusunda kimyəvi silahlardan qorunmaq üzrə təlimlər keçilir. Foto 1-ci Fünya müharibəsi illərində çəkilib.

1916-cı il, Fransa. Britaniya ordusunun futbol komandası kimyəvi silahlardan qorunmaq üçün vasitələr geyiniblər.

I Dünya müharibəsi zamanı - 1916-cı ildə Şərq Cəbhəsində Almaniya kimyəvi silahdan istifadə edir. Rusiya əsgərinin çəkdiyi bu foto "Havadan Almaniya vəhşəti" adıyla məşhurlaşıb.

1918-ci il aprelin 10-da Almaniya ordusunun işlətdiyi kimyəvi silahdan kor olmuş Britaniya əsgərləri müalicə üçün növbəyə düzülüblər.

Vietnam -- Phan Thi Kim Phuc, center, with her clothes torn off, flees with other South Vietnamese children after a misdirected aerial napalm attack on suspected Viet Cong hiding places on June 8, 1972.

1988-ci ildə İraqda Səddam Hüseyn rejiminin kürd əhaliyə qarşı istifadə etdiyi kimyəvi silahdan 5 000 nəfərin  həlak olduğu bildirilr. Həmin hücumlara məruz qalmış Halabja şəhərində çəkilmiş bu foto 2004-cü ildə bir sərgidə nümayiş etdirilib.

1988-ci il, 16 mart. İraqın Halabja şəhərində kimyəvi silahla hücum nəticəsində öldürülmüş kürd vətəndaşlar. (Foto İranın rəsmi İRNA agentliyinindir.)

1988-ci il, 16 mart. İraqın Halabja şəhərində kimyəvi silahla hücum nəticəsində öldürülmüş kürd uşaqlar. (Foto İranın rəsmi İRNA agentliyinindir.)

Vyetnam müharibəsindən 23 il keçsə də o zaman istifadə edilmiş kimyəvi silahların təsirindən 1998-ci ildə anormal uşaqların doğulmasının davam etdiyi iddia olunur. Bu foto da 1998-ci ilin noyabrında çəkilib. Anormal doğulmuş 2 yaşlı uşaq xəstəxanada yedirdilir.

1992-ci il 24 noyabr. BMT-nin müfəttişləri İraqda bir ton xardal qazı doldurulmuş mərmiləri yoxlayırlar. (Mənbə İraq televiziyasıdır.)

Çinin kimyəvi silah mütəxəssisləri 2006-cı ildə Mudanjiang şəhərində bir məktəbin yaxınlığında yerə basdırılmış minlərlə xardal qazı bombasını çıxarırlar. II Dünya müharibəsinin sonlarında Yaponiya əsgərləri bu ərazidə minlərlə xardal bombası tərk edib gediblər.

Bu il avqustun 23-də Suriyada paytaxt Dəməşqin ətrafında zəhərli qazla hücum nəticəsində öldürüldüyü iddia olunan uşaqların cəsədləri dəfn üçün kəfənlənib. (AFP/HO/Shaam News Network)